The Daily Baku
UNESCO-nun yeni Baş katibi WUF13 və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunub
24 dekabr 2025
03:10

BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) yeni Baş katibi Xaled El-Enani gələn il Bakıda keçiriləcək beynəlxalq tədbirlərə dəvət olunub.
"The Daily Baku"un məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qurumun Baş katibi ilə telefon danışığı zamanı məlumat verib.
Nazir 2026-cı ildə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13), Bakı prosesi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib və Baş katibi bu tədbirlərdə iştiraka dəvət edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/unesco-nun-yeni-bas-katibi-wuf13-ve-umumdunya-medeniyyetlerarasi-dialoq-forumuna-devet-olunub