The Daily Baku
Ukraynanın Lvov şəhərində partlayış: 1 ölü, 20-dən artıq yaralı
22 fevral 2026
14:45

Ukraynanın Lvov şəhərində baş verən partlayış nəticəsində bir nəfər ölüb, 24 nəfər yaralanıb.
''The Daily Baku''nun Ukrayna mediasına istinadən verdiyi məlumata görə, ölkənin Milli Polisi bu barədə rəsmi saytında açıqlama verib.
"Partlayışlar nəticəsində 23 yaşlı qadın polis həlak olub, patrul polisi maşını və mülki nəqliyyat vasitəsi zədələnib. Yaralılara lazımi tibbi yardım göstərilir", - agentlik bildirib.
Hadisə terror aktı kimi təsnif edilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/ukraynanin-lvov-seherinde-partlayis-1-olu-20-den-artiq-yarali