Ukraynada enerji infrastrukturuna zərbələr endirilib, ölən və yaralananlar var

Rusiya Silahlı Qüvvələri mayın 4-dən 5-nə keçən gecə Ukraynanın Poltava və Xarkov vilayətlərində "Naftoqaz" qrupunun obyektlərinə kütləvi hücum həyata keçirib, nəticədə 5 nəfər həlak olub, 37 nəfər yaralanıb.
"The Daily Baku" "Unian"a istinadən xəbər verir ki, bunu "Naftoqaz Ukraina" şirkətinin İdarə Heyətinin sədri Sergey Koretski bildirib.
"Poltava və Xarkov vilayətlərində qaz hasilatı müəssisələri atəşə tutulub. Ciddi dağıntılarımız və hasilatda itkilərimiz var. Zərbələr PUA-lar və ballistik silahlarla endirilib", – o qeyd edib.
Koretskinin sözlərinə görə, "Naftoqaz"ın üç əməkdaşı və Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin iki xilasedicisi həlak olub, daha 37 nəfər yaralanıb.
"Vəziyyət imkan verən kimi nəticələrin qiymətləndirilməsinə və bərpa işlərinə başlayacağıq", – sədr əlavə edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.