Rusiyanın Ryazan vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində biri uşaq olmaqla, 4 nəfər həlak olub.
"The Daily Baku" xəbər verir ki, bu barədə Rusiya mediası ölkənin İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bundan başqa, azı 12 nəfər xəsarət alıb.
Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində iki yaşayış binası və sənaye obyektləri zədələnib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/ukrayna-zerbeleri-neticesinde-ryazanda-olenler-var
