The Daily Baku
Ukrayna və Rusiya Zaporojye AES yaxınlığında atəşkəsə razılaşıb
27 fevral 2026
15:49

Ukrayna və Rusiya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) vasitəçiliyi ilə Zaporojye AES yaxınlığında lokal atəşkəs barədə razılığa gəliblər.
"The Daily Baku" xəbər verir ki, bu barədə AEBA-nın Baş direktoru Rafael Qrossi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Hazırda AEBA-nın vasitəçiliyi ilə əldə edilmiş və Zaporojye Atom Elektrik Stansiyasının ehtiyat enerji təchizatını bərpa etməyə imkan verəcək daha bir lokal atəşkəs qüvvədədir. Təmir briqadalarının təhlükəsiz girişini təmin etmək üçün minalardan təmizləmə işləri davam edir", - Baş direktor deyib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/ukrayna-ve-rusiya-zaporojye-aes-yaxinliginda-ateskese-razilasib