The Daily Baku
Ukrayna və Avropa ölkələri sülhməramlı qüvvələrin yerləşdirilməsi haqqında bəyannamə imzalayıb
7 yanvar 2026
06:47

Ukrayna, Fransa və Böyük Britaniya Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukraynanın müdafiəsi, bərpası və strateji dayanıqlığına dəstək məqsədilə çoxmillətli qüvvələrin yerləşdirilməsi barədə niyyət bəyannaməsi imzalayıb.
"The Daily Baku" "SKY News"a istinadən xəbər verir ki, bu qərar "istəklilər koalisiyası"nın görüşündə verilib.
Sənəd Ukrayna və Fransa prezidentləri Volodimir Zelenski və Emmanuel Makron, həmçinin Böyük Britaniyanın Baş naziri Kir Starmer tərəfindən imzalanıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/ukrayna-ve-avropa-olkeleri-sulhmeramli-quvvelerin-yerlesdirilmesi-haqqinda-beyanname-imzalayib