Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krasnodar diyarının Tuapse şəhərinə hücum edib, nəticədə 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
"The Daily Baku" xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev öz teleqram kanalında bildirib.
"Tuapseyə pilotsuz uçuş aparatı (PUA) ilə hücum səbəbindən yaralananları sayı 7 nəfərə çatıb. Daha əvvəl bildirdiyim kimi, təəssüf ki, 2 nəfər ölüb. Məlumata görə, ölənlərdən biri 14 yaşlı qız, digəri isə gənc qadındır, onun şəxsiyyəti müəyyənləşdirilir", - o yazıb.
O, həmçinin qeyd edib ki, Tuapsedə fövqəladə vəziyyət rejimi tətbiq edilib. PUA-nın qalıqları 24 fərdi və 6 çoxmənzilli evə, eləcə də iki təhsil müəssisəsinə və musiqi məktəbinə ziyan vurub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
