Ukrayna Müdafiə Qüvvələri aprelin 21-də və 22-nə keçən gecə Rusiya qoşunlarının bir sıra mühüm obyektlərinə, o cümlədən müvəqqəti ilhaq edilmiş Sevastopolda Rusiya Qara Dəniz Donanmasının gəmilərinin hərəkətini idarəetmə məntəqəsinə zərbələr endirib.
"The Daily Baku" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Ukrayna Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat yayıb.
Hərbi qurumun məlumatına görə, hücum nəticəsində Qara Dəniz Donanmasının hərbi gəmilərinin hərəkətini idarə edən "Streletskiy" məntəqəsi vurulub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/ukrayna-rusiyanin-deniz-idareetme-menteqesini-hedefe-alib
