Rusiya ordusu 9-11 may tarixlərində müəyyən edilmiş atəşkəs rejiminə baxmayaraq, Ukrayna ərazisinə hücumları davam etdirir.
"The Daily Baku"nun Ukrayna mediasına istinadən xəbərinə görə, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
"Ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 147 döyüş toqquşması qeydə alıb. Dünən düşmən 7704 kamikadze dronundan istifadə edib və yaşayış məntəqələrini və qoşunlarımızın mövqelərini 2021 dəfə, o cümlədən reaktiv yaylım atəşi sistemlərindən 12 dəfə atəşə tutub", - Baş Qərargahın "Telegram" kanalındakı məlumatda bildirilib.
Hücumlar və döyüş toqquşmaları ilə yanaşı, infrastrukturun zədələnməsi, eləcə də xəsarət alanlar və ölənlər barədə məlumat verilib. Xarkov vilayətinin qubernatoru Oleq Sinequbovun sözlərinə görə, regionun şimal-şərqində vilayət mərkəzinə və yaxınlıqdakı yaşayış məntəqələrinə pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində ikisi uşaq olmaqla, səkkiz nəfər xəsarət alıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
