"Euroclear" beynəlxalq şirkəti Rusiyanın aktivlərindən əldə edilən gəlirdən Ukraynaya 6,6 milyard avro köçürüb.
"The Daily Baku" xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
"Euroclear" bildirib ki, 2026-cı ilin 1-ci rübünün yekunları üzrə Rusiyanın dondurulmuş aktivlərinin həcmi 200 milyard avro təşkil edib.
"15 fevral 2024-cü il tarixindən indiyədək "Euroclear" aktivlərdən əldə edilən 6,6 milyard avro gəliri Ukrayna üçün Avropa Fonduna köçürüb. 1,4 milyard avro məbləğində növbəti ödəniş 2026-cı ilin iyulunda həyata keçiriləcək", - şirkətin hesabatında deyilib.
"2026-cı il martın sonuna "Euroclear Bank"ın balansı 237 milyard avro təşkil edib, bunun 200 milyard avrosu sanksiyalara məruz qalmış Rusiya aktivlərinə aiddir", - sənəddə qeyd olunub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
