The Daily Baku
Ukrayna “Drujba” kəməri ilə Macarıstan və Slovakiyaya neft axınını bərpa etdi
22 aprel 2026
16:11

Ukrayna bu gün günorta saatlarında "Drujba" boru kəməri ilə Macarıstan və Slovakiyaya neft tranzitini bərpa edib.
"The Daily Baku" xəbər verir ki, bu barədə "İnterfaks Ukrayna" mənbəyə istinadən məlumat yayıb.
Nəqlin həcmi açıqlanmır.
Macarıstanın MOL neft-qaz şirkəti öz növbəsində boru kəməri ilə neftin daxil olmağa başladığını təsdiqləyib. Şirkətdə "qara qızıl"ın ilk partiyalarının Macarıstana və Slovakiyaya ən geci sabaha qədər çatacağını gözləyirlər.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/ukrayna-drujba-kemeri-ile-macaristan-ve-slovakiyaya-neft-axinini-berpa-etdi