The Daily Baku
UEFA Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi bəlli olub
30 yanvar 2026
15:23

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
"The Daily Baku" xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılan püşkün nəticəsinə əsasən, Azərbaycan çempionunun rəqibi "Nyukasl" (İngiltərə) olub.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk matçını evdə, cavab oyununu isə səfərdə keçirəcək. Pley-off mərhələsinin görüşləri fevralın 17-18-i və 24-25-də baş tutacaq.
"Köhlən atlar" bu raundu adlayacağı təqdirdə 1/8 finalda "Barselona" (İspaniya) və ya "Çelsi"yə (İngiltərə) rəqib olacaq. Qeyd edək ki, Ağdam təmsilçisi Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vurub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/uefa-cempionlar-liqasi-qarabagin-pley-offdaki-reqibi-belli-olub