The Daily Baku
UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Liverpul"la üz-üzə gələcək
28 yanvar 2026
09:19

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda İngiltərənin "Liverpul" klubu ilə üz-üzə gələcək.
"The Daily Baku"nun məlumatına görə, qarşılaşma "Enfild" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək.
Xatırladaq ki, Mersisayd təmsilçisi hazırda 15 xalla 4-cü pillədə qərarlaşıb. "Qarabağ" 10 xalla 18-ci sıradadır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/uefa-cempionlar-liqasi-qarabag-bu-gun-liverpulla-uz-uze-gelecek