Vaşinqton və Kiyev arasında danışıqların yeni raundu yaxın iki gün ərzində baş tutacaq

Vaşinqton və Kiyev nümayəndələri arasında Ukrayna münaqişəsinin həlli üzrə danışıqların yeni raundu yaxın iki gün ərzində keçiriləcək.
"The Daily Baku" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişina "Bloomberg TV"yə müsahibəsində bildirib.
"Komandalarımız birgə işi davam etdirəcəklər. Yaxın iki gündə dialoqun yeni raundu baş tutacaq", - o deyib.
Stefanişina nümayəndə heyətlərinin tərkibini və görüşün keçiriləcəyi yeri açıqlamayıb. O qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə yeni səfəri hələlik planlaşdırılmır, yanvarın 19-23-də Davosda keçiriləcək Dünya İqtisadi Forumu isə ABŞ Prezidenti Donald Trampla görüşmək üçün fürsət ola bilər.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.