Bu gün 2025/26 mövsümü futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçiriləcək.
"The Daily Baku" xəbər verir ki, həlledici matçda Misli Premyer Liqasında ilk çempionluğunu rəsmiləşdirən "Sabah" komandası "Zirə" ilə üz-üzə gələcək.
FIFA referisi Elçin Məsiyevin idarə edəcəyi görüş saat 20:00-da "Palms Sports Arena"da start götürəcək.
Qeyd edək ki, "Sabah" kubokun son qalibidir, "Zirə" isə bunadək iki dəfə finala vəsiqə əldə etsə də, kuboku qazana bilməyib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/turnirde-helledici-merhelede-iki-komanda-uz-uze-gelir
