The Daily Baku
Türkmənistanda Azərbaycan incəsənəti və mədəniyyəti təqdim ediləcək
2 iyun 2026
14:28

Aşqabad və Arkadaq şəhərlərində iyunun 5-dən 7-dək Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.
"The Daily Baku" xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyi "X" hesabında məlumat verib.
Mədəniyyət proqramı çərçivəsində Azərbaycanın incəsənət xadimlərinin konsertləri, sərgilər, bədii filmlərin nümayişi və iki ölkənin nümayəndələrinin iştirakı ilə elmi konfransların keçirilməsi planlaşdırılıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/turkmenistanda-azerbaycan-inceseneti-ve-medeniyyeti-teqdim-edilecek