The Daily Baku
Türkiyənin tanınmış media qurumları Azərbaycan İdman Akademiyasının fəaliyyətini işıqlandırıb
4 may 2026
11:45

Türkiyənin aparıcı media qurumları Azərbaycan İdman Akademiyası (ASA) barədə xüsusi reportaj hazırlayıblar.
"A Haber" və "Sabah"ın süjetləri ASA-nın fəaliyyəti, elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıqlarına həsr olunub.
Reportajda ASA-nın rektoru Fuad Hacıyev, prorektoru Ülkər Babayeva və əməkdaşlar müsahibə verib. Müsahibələrdə Akademiyada həyata keçirilən yeniliklər, tədris prosesi, tələbələr üçün yaradılan imkanlar və idman elminin inkişafına yönəlmiş layihələr haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, hazırlanan süjet yaxın günlərdə Türkiyə ictimaiyyətinə təqdim olunacaq.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/turkiyenin-taninmis-media-qurumlari-azerbaycan-idman-akademiyasinin-fealiyyetini-isiqlandirib