Türkiyənin Çanaqqala vilayətində sərnişin avtobusunun aşması nəticəsində 46 nəfər xəsarət alıb.
"The Daily Baku" bu barədə "İxlas" Xəbər Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Ankara-Çanaqqala marşrutu ilə hərəkət edən avtobus Biqa rayonunun girişində idarəetmədən çıxaraq aşıb.
Əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/turkiyede-sernisin-avtobusu-yoldan-cixaraq-asib
