The Daily Baku
Türkiyədə sərnişin avtobusu qəzaya düşüb, ölən və yaralananlar var
1 may 2026
10:40

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.
"The Daily Baku"nun yerli mətbuata istinadən xəbərinə görə, hadisə Balıkəsirdə qeydə alınıb.
Belə ki, sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər ölüb, daha 31 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım, xilasedicilər və polis əməkdaşları cəlb olunub. Yaralılar təcili yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Polis qəza ilə bağlı araşdırma aparır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/turkiyede-sernisin-avtobusu-qezaya-dusub-olen-ve-yaralananlar-var