The Daily Baku
Türkiyədə məktəblərdəki silahlı hücumlarla bağlı 83 nəfər saxlanılıb
16 aprel 2026
13:18

Türkiyənin Şanlıurfa və Kahramanmaraş bölgələrində məktəblərdə baş verən silahlı hücumlarla bağlı 83 nəfər saxlanılıb.
"The Daily Baku" xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, məktəblərə hücumlardan sonra aparılan işlər çərçivəsində 940 sosial media hesabına giriş məhdudlaşdırılıb, 93 "Telegram" qrupu bağlanıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/turkiyede-mekteblerdeki-silahli-hucumlarla-bagli-83-nefer-saxlanilib