Türkiyənin Şanlıurfa və Kahramanmaraş bölgələrində məktəblərdə son iki gündə baş verən silahlı insidentlərdən sonra ölkənin təhsil müəssisələrində nəzarət gücləndirilib.
"The Daily Baku" TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər və Milli Təhsil nazirlikləri qərar qəbul edib.
Qərara əsasən, hər məktəbdə ən azı iki polis əməkdaşı xidmətə cəlb olunub.
Həmçinin dərs saatları ərzində müəllim və şagirdlərin təhlükəsizliyi üçün zərurət yarandıqda əlavə qüvvələrin də əraziyə cəlb ediləcəyi bildirilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/turkiyede-mekteblerde-polis-nezareti-guclendirilib
