The Daily Baku
Türkiyədə FETÖ ilə bağlı 300-dən çox sosial media hesabı müəyyən edilib
30 yanvar 2026
13:09

Türkiyədə FETÖ ilə əlaqəli 379 sosial media hesabı müəyyən edilib.
"The Daily Baku" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhaneddin Duran "X" hesabında məlumat yayıb.
Qeyd olunub ki, həmin hesabların terror təbliğatı apardıqları və sistemli şəkildə dezinformasiya yaydıqları açıq şəkildə üzə çıxarılıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/turkiyede-feto-ile-bagli-300-den-cox-sosial-media-hesabi-mueyyen-edilib