Türkiyənin 22 vilayətində onlayn qumar oyunlarının təşkili ilə bağlı əməliyyat keçirilib.
"The Daily Baku" "Haber Global"a istinadən xəbər verir ki, Jandarm Baş Komandanlığı tərəfindən keçirilən əməliyyat 5 milyard 800 milyon lirəlik (təxminən 127 milyon 788 min dollar) pul dövriyyəsini ortaya çıxarıb.
Şanlıurfa başda olmaqla, 22 vilayətdə keçirilən əməliyyat nəticəsində ümumilikdə 61 nəfər saxlanılıb.
"Qanunsuz qumar oyunları və cinayət törətmək məqsədilə təşkilat yaratmaq" ittihamı irəli sürülən şübhəlilərin cinayət vasitəsilə əldə edilmiş gəlirlərin transferini də həyata keçirdiyi güman olunur.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/turkiyede-cinayetkar-sebekeye-qarsi-emeliyyat-aparilib
