Türkiyə Prezidenti Azərbaycanla həyata keçirilən meqalayihələrin əhəmiyyətini vurğulayıb

Bir zamanlar region üçün xəyal sayılan meqalayihələr Azərbaycanla birgə uğurla icra olunub.
"The Daily Baku" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Bakı Enerji Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə qeyd edilib.
O, müraciətində regionda baş verən hadisələr fonunda Azərbaycanla enerji sahəsində atılan addımların nə qədər düzgün və uzaqgörən olduğunu bir daha nümayiş etdirdiyini diqqətə çatdırıb:
"Bir zamanlar region üçün xəyal hesab olunan meqalayihələr Azərbaycanla birgə uğurla icra edilib və bu istiqamətdə əməkdaşlıq davam edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəməri layihələrini xüsusi qeyd etmək olar. Eyni zamanda "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" layihələri çərçivəsində əməkdaşlıq daha da dərinləşib".
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.