The Daily Baku
Türkiyə MN Qara dənizdə dronların yaratdığı risklərlə bağlı xəbərdarlıq edib
26 mart 2026
13:17

Türkiyə Qara dənizdə gəmiçilik təhlükəsizliyinə risk yaranmaması ilə bağlı tərəfdaşlarla danışıqlar aparır və zəruri xəbərdarlıqlar edir.
Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna müharibəsində intensiv istifadə olunan pilotsuz dəniz dronlarının idarəetməni itirməsi nəticəsində Qara dənizdə yaratdığı riskləri yaxından izləyir:
"Hərbi Dəniz Qüvvələri Komandanlığımıza bağlı birliklər Qara dənizdəki ərazi sularımızın qorunması məqsədilə fəaliyyətlərini davam etdirir".
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/turkiye-mn-qara-denizde-dronlarin-yaratdigi-risklerle-bagli-xeberdarliq-edib