Türk Hava Yolları martın 11-dən etibarən İrəvana gündəlik reyslərə başlayacaq.
"The Daily Baku" xəbər verir ki, bu barədə Ermənistan mediası "Zvartnots" hava limanının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlar gündəlik olacaq, 14 maydan etibarən uçuşların sayı həftədə 10-a qədər artırılacaq, 15 iyundan sonra isə həftədə 14-ə çatacaq.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/turk-hava-yollari-irevan-istiqametinde-reyslere-baslayir
