SON XƏBƏRLƏR
Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|
Cümə axşamı, 4 İyun 2026
The Daily Baku
The Daily Baku
Cümə axşamı, 4 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Siyasət
  3. Türk iqtisadçı: Türkiyə–Azərbaycan enerji əməkdaşlığı siyasi tərəfdaşlığı institusional mərhələyə daşıyır
Siyasət

Türk iqtisadçı: Türkiyə–Azərbaycan enerji əməkdaşlığı siyasi tərəfdaşlığı institusional mərhələyə daşıyır

5 yanvar 2026
11:38
Türk iqtisadçı: Türkiyə–Azərbaycan enerji əməkdaşlığı siyasi tərəfdaşlığı institusional mərhələyə daşıyır
Türkiyə ilə Azərbaycan arasında imzalanan yeni uzunmüddətli qaz sazişi təkcə enerji təminatı deyil, Ankara–Bakı xəttində formalaşmış strateji müttəfiqliyin artıq geri dönməz və institusional mərhələyə keçdiyini göstərir.

Bunu beynəlxalq münasibətlər üzrə türk ekspert Mehmet Emir Aksoy “The Daily Baku”-ya Türkiyə ilə Azərbaycan arasında Abşeron yatağı üzrə imzalanmış yeni qaz tədarükü sazişini şərh edərkən bildirib.  

Ekspertin sözlərinə görə, bu razılaşma klassik enerji müqaviləsindən daha çox siyasi və geosiyasi məna daşıyır: “2029-cu ildən etibarən 15 il müddətinə ildə 2,25 milyard kubmetr olmaqla ümumilikdə 33 milyard kubmetr Azərbaycan qazının Türkiyəyə tədarükünü nəzərdə tutan saziş Türkiyənin enerji arz təhlükəsizliyini gücləndirməklə yanaşı, Ankara–Bakı xəttində illərdir formalaşan strateji taleyin artıq institusional xarakter aldığını təsdiqləyir”.

Mehmet Emir Aksoy qeyd edib ki, Abşeron yatağından əldə olunacaq qaz Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən enerji diplomatiyasının növbəti mərhələsidir. Onun fikrincə, Bakı enerji resurslarını yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, eyni zamanda regional və qlobal miqyasda geosiyasi balans aləti kimi uğurla istifadə edir.

“TANAP, TAP və Bakı–Tbilisi–Ceyhan layihələri ilə başlanan proses bu gün Abşeron yatağı üzərindən Türkiyəyə uzanan uzunmüddətli qaz tədarükü ilə yeni strateji dərinlik qazanır”, – deyə ekspert vurğulayıb.

Ekspertin sözlərinə görə, Türkiyə üçün bu razılaşma təkcə enerji təminatı deyil, həm də geosiyasi müstəqillik imkanlarının genişləndirilməsi deməkdir. Qlobal enerji bazarlarında qeyri-sabitlik, Rusiya–Ukrayna müharibəsindən sonra Avropada yaranmış enerji böhranı və Yaxın Şərqdə davam edən qeyri-müəyyənlik fonunda dost və müttəfiq ölkə ilə uzunmüddətli enerji xəttinin qurulması strateji zərurətə çevrilib.

“Azərbaycan bu kontekstdə sadəcə tədarükçü deyil, etibarlı və uzunmüddətli strateji tərəfdaş kimi çıxış edir”, – deyə Mehmet Emir Aksoy bildirib.

Onun fikrincə, bu razılaşmanı sadəcə iki ölkə arasında imzalanmış texniki sənəd kimi qiymətləndirmək düzgün olmaz. Əsas məqam ondan ibarətdir ki, illərdir siyasi diskursda səsləndirilən “iki dövlət, bir millət” prinsipi artıq konkret dövlət siyasətinə və strateji infrastruktura çevrilir.

Ekspert vurğulayıb ki, enerji, müdafiə, nəqliyyat və diplomatiya sahələrində paralel şəkildə inkişaf edən bu inteqrasiya Türkiyə–Azərbaycan xəttini regional güc mərkəzinə çevirir. Xüsusilə Qarabağ müharibəsindən sonrakı dövrdə Prezident İlham Əliyevin balanslı, lakin qətiyyətli xarici siyasəti Azərbaycanın təkcə hərbi deyil, enerji və diplomatik sahədə də oyunqurucu aktora çevrilməsinə imkan yaradıb.

Mehmet Emir Aksoy hesab edir ki, bu uzunmüddətli qaz sazişi həm də Cənubi Qafqazda Türkiyə–Azərbaycan mərkəzli yeni geosiyasi oxun formalaşdığını və bu oxun artıq dayanıqlı xarakter aldığını göstərir.

“Gələcəkdə bu əməkdaşlıq yalnız qaz tədarükü ilə məhdudlaşmayacaq. Türkiyənin regional enerji mərkəzinə çevrilməsi hədəfi güclənəcək, Azərbaycan isə Avropa və Avrasiya enerji təhlükəsizliyi arxitekturasında vazkeçilməz mövqeyini daha da möhkəmləndirəcək”, – deyə ekspert əlavə edib.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/turk-ekspert-turkiyeazerbaycan-enerji-emekdasligi-siyasi-terefdasligi-institusional-merheleye-dasiyir
Paylaş:

Xəbər lenti

  • Roma Papası İlham Əliyevi təbrik edib
    Roma Papası İlham Əliyevi təbrik edib
  • SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
    SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
  • Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
    Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
  • Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
    Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
  • Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib
    Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib