SON XƏBƏRLƏR
Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|
Cümə axşamı, 4 İyun 2026
The Daily Baku
The Daily Baku
Cümə axşamı, 4 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Siyasət
  3. Türk ekspert: Cənubi Qafqazda sabitliyin əsas şərti Ermənistanın xarici təsirlərdən azad, müstəqil qərar verməsidir
Siyasət

Türk ekspert: Cənubi Qafqazda sabitliyin əsas şərti Ermənistanın xarici təsirlərdən azad, müstəqil qərar verməsidir

30 dekabr 2025
11:05
Türk ekspert: Cənubi Qafqazda sabitliyin əsas şərti Ermənistanın xarici təsirlərdən azad, müstəqil qərar verməsidir
Ermənistanın uzun illər xarici güclərin təsiri altında yürütdüyü siyasət regionda davamlı gərginliyin əsas səbəblərindən biridir. Azərbaycanla normallaşma prosesi yalnız regional reallıqların qəbul edilməsi və kənar müdaxilələrdən imtina edildiyi halda mümkün ola bilər.

“The Daily Baku” xəbər verir ki, bunu türkiyəli politoloq Emre Diner Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyətini və regional geosiyasi prosesləri şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə Cənubi Qafqazda bütün güc balansını dəyişib. Fransa, Hindistan, İran və müəyyən hallarda Avropa İttifaqı uzun illər Ermənistanı silahlandırmaq və siyasi cəhətdən dəstəkləməklə bölgədə öz təsir imkanlarını qorumağa çalışıblar: “Bu ölkələr Ermənistanı öz maraqları naminə istifadə edib, onu Azərbaycanla qarşıdurmada saxlamağa çalışıblar. Məqsəd Cənubi Qafqazda nəzarəti əldən verməmək idi. Lakin bu siyasət iflasa uğradı”.

Emre Diner bildirib ki, dənizə çıxışı olmayan Ermənistan geosiyasi məhdudiyyətlərini kompensasiya etmək üçün uzun illər qonşularına qarşı iddialar üzərində qurulmuş “Hai-Taht” doktrinasına söykənib. Onun sözlərinə görə, bu yanaşma regionda sabitliyi pozmaqla yanaşı, İrəvanı iqtisadi və siyasi dalana salıb.

“44 günlük müharibədən sonra vəziyyət dəyişdi. Azərbaycan regionun aparıcı gücünə çevrildi və Ermənistan artıq bu reallığı qəbul etməyə məcburdur. İrəvan anlayır ki, Azərbaycan və Türkiyə ilə normallaşmadan kənarda qalmaq iqtisadi və siyasi təcridi daha da dərinləşdirəcək”, – deyə politoloq qeyd edib.

Ekspert vurğulayıb ki, Azərbaycan–Ermənistan yaxınlaşması bir sıra ölkələri, xüsusilə İran və Rusiyanı narahat edir. Çünki bu proses onların regiondakı təsir imkanlarını zəiflədir. Eyni zamanda ABŞ-dakı erməni diasporunun da Paşinyan hökumətinin normallaşma cəhdlərinə qarşı çıxması bu prosesə maneələr yaradır.

Emre Diner bildirib ki, Ermənistan Konstitusiyasında mövcud olan və Azərbaycanın ərazi bütövlüyünə zidd müddəaların dəyişdirilməsi sülh sazişinin əsas şərtlərindən biridir və Bakı bu mövqedən geri çəkilməyəcək.

Politoloqun fikrincə, Türkiyə–Ermənistan normallaşması təkcə iki ölkə üçün deyil, bütün Cənubi Qafqaz üçün strateji əhəmiyyət daşıyır:
“Bu prosesin uğuru Azərbaycanın maraqları ilə uzlaşmalı, regional balanslar nəzərə alınmalıdır. Diplomatik səylərin nəticə verməsi üçün Ankara və Bakı arasında tam koordinasiya vacibdir”.

Ekspert əlavə edib ki, Avropa İttifaqı da Azərbaycanı enerji təhlükəsizliyi baxımından əsas tərəfdaş kimi görür və Bakı bu üstünlüyünü diplomatik alət kimi uğurla istifadə edir. Prezident İlham Əliyevin Avropaya enerji təhlükəsizliyi ilə bağlı verdiyi mesajlar bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Emre Dinerin sözlərinə görə, informasiya müharibəsi də prosesin ayrılmaz hissəsidir və sülhə qarşı yönəlmiş dezinformasiyaların qarşısını almaq üçün regional mexanizmlər yaradılmalıdır.

“Cənubi Qafqazda dayanıqlı sülh yalnız o halda mümkündür ki, Ermənistan xarici güclərin təsirindən azad şəkildə qərar versin və qonşuları ilə münasibətləri reallıq üzərində qursun”, – deyə politoloq fikrini yekunlaşdırıb.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/turk-ekspert-cenubi-qafqazda-sabitliyin-esas-serti-ermenistanin-xarici-tesirlerden-azad-musteqil-qerar-vermesidir
Paylaş:

Xəbər lenti

  • Roma Papası İlham Əliyevi təbrik edib
    Roma Papası İlham Əliyevi təbrik edib
  • SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
    SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
  • Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
    Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
  • Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
    Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
  • Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib
    Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib