Tuapsedəki (Rusiya) dəniz terminalında baş verən yanğın söndürülüb.
"The Daily Baku" xəbər verir ki, bu barədə Rusiya mediası Krasnodar diyarının operativ qərargahına istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə yerində 143 nəfər çalışır, 25 ədəd texnika cəlb edilib.
Qeyd edək ki, Tuapse dəniz terminalının ərazisində yanğın mayın 1-də Ukraynanın pilotsuz uçuş aparatı (PUA) ilə hücumu nəticəsində baş verib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/tuapse-deniz-terminalindaki-yangin-sondurulub
