The Daily Baku
TRIPP layihəsi Cənubi Qafqazın gələcəyini köklü şəkildə dəyişdirəcək – ABŞ rəsmisi
12 fevral 2026
14:42

TRIPP marşrutu Cənubi Qafqazı əbədi olaraq dəyişəcək.
"The Daily Baku" xəbər verir ki, bunu ABŞ Dövlət katibinin iqtisadi işlər üzrə müavini Ceykob Helberq “X” hesabında yazıb.
“Azərbaycanda, Bakıda çox məhsuldar bir səfəri başa vurduq. Bu şəhərin qonaqpərvərliyi və böyük enerjisi həqiqətən də, möhtəşəm idi. Aydındır ki, Tramp administrasiyasının Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) regionu əbədi dəyişəcək. Vitse-Prezident Ceyms Devid Vensin tarixi səfəri regional stabillik və müştərək iqtisadi inkişaf üçün güclü əsas formalaşdırıb", - o qeyd edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/tripp-layihesi-cenubi-qafqazin-geleceyini-koklu-sekilde-deyisdirecek-abs-resmisi