The Daily Baku
Trampın tarif endirimi Hindistan bazarlarında rahatlama yaradıb
3 fevral 2026
16:25

ABŞ Prezidenti Donald Trampın Hindistandan idxal olunan məhsullara tətbiq edilən tarifləri kəskin şəkildə azaltmaq qərarı çərşənbə axşamı bu Asiya ölkəsinin bazarlarında rahatlama yaradıb.
Məlumata görə, razılaşmanın detalları hələlik məhdud olsa da, qərar ixracatçılar və siyasi dairələr arasında müsbət əhval ruhiyyəni gücləndirib.
Qeyd edək ki, Tramp bazar ertəsi Hindistan ilə ticarət razılaşmasının əldə olunduğunu açıqlayıb. Razılaşmaya əsasən, tariflər 50 faizdən 18 faizə endirilir. Bunun müqabilində isə Yeni Dehli **Russia**dan neft alışını dayandırmağı və ticarət maneələrini azaltmağı öhdəsinə götürür.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/trampin-tarif-endirimi-detallari-az-olsa-da-hindistanda-rahatlama-yaradib