The Daily Baku
Tramp Xamenei və digər məsul şəxslərin əksəriyyətinin öldürüldüklərinə əmindir
1 mart 2026
01:07

ABŞ prezidenti Donald Tramp İranın Ali Rəhbəri Əli Xameneinin öldürüldüyünə inanır.
"The Daily Baku" xəbər verir ki, Tramp bu barədə “NBC News”a müsahibəsində danışıb.
ABŞ prezidenti Xameneinin hava hücumları nəticəsində öldürüldüyü xəbərlərini dəqiq hesab etdiyini bildirib.
O əlavə edib ki, İranın ali rəhbərliyinin "böyük hissəsi", "bütün qərarları verən insanların əksəriyyəti aradan götürülüb".
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/tramp-xamenei-ve-diger-mesul-sexslerin-ekseriyyetinin-oldurulduklerine-emindir