Venesuelanın vitse-prezidenti Delsi Rodrigez, prezident vəzifəsinin icrasına başlayıb.
"The Daily Baku" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında bildirib.
Tramp qeyd edib ki, Dövlət katibi Marko Rubio Delsi Rodrigezlə ətraflı danışıb və o, ölkənin ABŞ tərəfindən idarə olunmasına razılıq verib.
Onun sözlərinə görə, Dövlət Departamenti, Pentaqon və digər qurumlar Venesuelada idarəçilik və sabitləşdirmə səylərinə nəzarət etmək üçün bir heyət yaradacaqlar.
Tramp həmçinin bildirib ki, ABŞ şirkətləri Venesuelanın neft sənayesinin bərpasında mühüm rol oynayacaqlar.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/tramp-venesuelanin-vitse-prezidenti-delsi-rodrigez-prezident-vezifesinin-icrasina-baslayib
