Reuters-in verdiyi məlumata görə Ukrayna prezidenti Volodimir Zelenski bu gün Floridada ABŞ prezidenti Donald Tramp ilə görüşəcək. Görüş zamanı Rusiya və Ukrayna arasında müharibənin dayandırılması ilə bağlı məsələlər müzakirə edəcək. Həm Ukrayna, həm də Rusiya tərəfindən son günlər müharibənin yeni ilədək başa çata biləcəyi barədə ehtiyatlı nikbin fikirlər səsləndirilir. Fikir ayrılığı doğuran əsas məsələ Donbasın taleyidir. Rusiya ilhaq etdiyi Donbas vilayətinin Ukraynanın əlində qalan hissəsindən Ukrayna qoşunlarının çıxarılmasını tələb edir. Bundan əlavə, Zaporojye atom elektrik stansiyasının taleyi, Ukraynaya ABŞ tərəfindən hüquqi qüvvəyə malik təhlükəsizlik zəmanətinin verilməsi kimi məsələlər vardır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
