ABŞ Prezidenti Donald Tramp özünün Truth Social sosial media hesabında az öncə paylaşdığı postunda bildirir ki, ABŞ və İran arasında razılıq "əsasən" əldə olunub və Hörmüz boğazı açılacaq. Prezident bildirir ki, region ölkələrinin rəhbərləri ilə bu saatlarda telefon danışıqları aparılıb. O, İsrailin Baş naziri Benyamin Netanyahu ilə apardığı telefon danışığının "yaxşı" getdiyini bildirir.
Trampın bildirdiyinə görə, razılaşmanın yekun aspektləri üzrə müzakirələr davam edir və az sonra məzmunu bəyan ediləcək.
İran tərəfdən hələlik açıqlama yoxdur.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/tramp-raziliq-elde-edilib-hormuz-acilacaq
