The Daily Baku
Tramp Qrenlandiya ilə bağlı tarif təhdidini mütləq həyata keçirəcəyini açıqlayıb
20 yanvar 2026
12:58

ABŞ prezidenti Donald Tramp Qrenlandiyanın Vaşinqtonun nəzarət altına keçməsinə qarşı çıxan Avropa ölkələrinə tarif tətbiq etmək hədəsini 100% həyata keçirəcəyinə söz verib.
"The Daily Baku" xəbər verir ki, Avropa müttəfiqləri Qrenlandiyanın suverenliyi ətrafında birləşiblər.
Danimarkanın xarici işlər naziri vurğulayıb ki, ABŞ prezidenti yarı-avtonom Danimarka ərazisinə təhdidlə sahib ola bilməz.
Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper isə öz mövqeyini bir daha təkrarlayaraq bildirib ki, Qrenlandiyanın gələcəyi yalnız “qrenlandiyalılar və danimarkalılar” tərəfindən müəyyən olunmalıdır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/tramp-qrenlandiya-ile-bagli-tarif-tehdidini-100-heyata-kecireceyini-deyir-ai-ise-oz-maraqlarini-qoruyacagina-soz-verir