The Daily Baku
Tramp Qəzzanın idarə olunması üçün "Sülh Şurası"nın yaradıldığını elan edib
16 yanvar 2026
09:47

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağını idarə etmək üçün sözdə "Sülh Şurası"nın yaradıldığını elan edib.
"The Daily Baku"nun məlumatına görə, o, bu barədə "Truth Social" sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
"Sülh Şurasının yaradıldığını elan etməkdən qürur duyuram", - Tramp bildirib və əlavə edib ki, bu idarəetmə orqanının tərkibi "tezliklə açıqlanacaq".
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/tramp-qezzanin-idare-olunmasi-ucun-sulh-surasinin-yaradildigini-elan-edib