ABŞ Prezidenti Donald Tramp Nikolas Maduronun əfv edilməsinin baş tutmayacağını bildirib.
"The Daily Baku" xəbər verir ki, ABŞ Prezidenti bu barədə “The New York Times“ qəzetinə müsahibəsində deyib.
Maduronun əfv edilə biləcəyi barədə hər hansı ssenarinin olub-olmadığı ilə bağlı sualına Tramp belə cavab verib: “Xeyr. Mən belə bir imkan görmürəm”.
Xatırladaq ki, yanvarın 3-də Maduro və həyat yoldaşı ABŞ hərbi qüvvələri tərəfindən keçirilən əməliyyatla həbs edilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/tramp-maduronun-efv-edilmeyeceyini-deyib
