İranda nümayişlərin davam etdiyi və vəziyyətin qeyri-müəyyən olduğu bir vaxtda ABŞ Prezidenti Donald Tramp yenidən bu məsələyə münasibət bildirib.
“The Daily Baku” xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.

Trampın sözlərinə görə, “İran bəlkə də heç vaxt olmadığı qədər azadlıq axtarır. ABŞ kömək etməyə hazırdır!”
Qeyd edək ki, Tramp bundan az əvvəl senator Lindsi Qremin İran hökumətini faşist adlandırdığı yazısını da paylaşmışdı.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/tramp-iranin-azadligina-komek-etmeye-haziriq
