The Daily Baku
Tramp İranı təhqiramiz şəkildə təhdid edərək tələb edir: "Açın Hörmüz boğazını!"
5 aprel 2026
20:03

ABŞ Prezidenti Donald Trampın İrana verdiyi ultimatumun müddətinin başa çatmasına 2 gün qalmış İranı sərt şəkildə təhdid edib. Özünün Truth Social media hesabında bu barədə paylaşım edən Tramp, Hörmüz boğazı açılmasa, gələn həftənin çərşənbə axşamı İranda körpüləri və elektrik stansiyalarını vuracağını bildirib.

Qeyd edək ki, Tramp İranın elektrik stansiyalarını vuracağı barədə verdiyi ultimatumu bir neçə dəfə uzadıb və növbəti dəfə bu ultimatum Vaşinqton vaxtı ilə 7 aprel saat 20:00-da (Bakı vaxtı ilə 8 aprel saat 04:00, Tehran vaxtı ilə 8 aprel saat 04:30) bitir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/tramp-irani-tehqiramiz-sekilde-tehdid-ederek-teleb-edir-acin-hormuz-bogazini