The Daily Baku
Tramp Hörmüz boğazının açılması məsələsində şərtlərini səsləndirib
6 may 2026
17:09

Əgər İran əldə edilmiş razılaşmalara əməl etməyə razılaşsa, "Epik qəzəb" əməliyyatı başa çatacaq, həmçinin Hörmüz boğazının blokadası aradan qaldırılacaq.
"The Daily Baku"nun məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" yazıb.
"İranın əldə edilmiş razılaşmaların şərtlərini yerinə yetirməyə razılaşacağı fərz edək. O zaman "Epik qəzəb" sona çatacaq və Hörmüz boğazının blokadası İran da daxil olmaqla hamı üçün açıla bilər", - o qeyd edib.
Bununla yanaşı, Tramp İranı əvvəlkindən daha genişmiqyaslı və intensiv zərbələrlə hədələyib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/tramp-hormuz-bogazinin-acilmasi-meselesinde-sertlerini-seslendirib