The Daily Baku
Tramp ABŞ-nin Avropada hərbi qüvvələrini azaldacağını ehtimal edir
1 may 2026
12:43

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Almaniya, İtaliya və İspaniya da daxil olmaqla xaricdə yerləşən Amerika hərbi kontingentlərinin azaldılmasını nəzərdən keçirə bilər.
"The Daily Baku"nun məlumatına görə, o, bu barədə Ağ Evdə jurnalistlərə bildirib.
O, belə qərarın qəbul olunmasını istisna etmədiyini deyib.
Tramp həmçinin bir neçə Avropa ölkəsini tənqid edərək bildirib ki, onun fikrincə İtaliya və İspaniya ABŞ-yə kifayət qədər kömək etmir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/tramp-abs-nin-avropada-herbi-quvvelerini-azaldacagini-ehtimal-edir