"Enerji effektivliyi fondunun vəsaiti hesabına maliyyələşdirilən layihələrə dair tələblər", "Enerji effektivliyi fondunun vəsaiti hesabına pilot layihələrin maliyyələşdirilməsi, həmçinin subsidiya və qrant alınması üçün ərizə forması" və "Enerji effektivliyi fondunun vəsaiti hesabına müvəkkil kredit təşkilatları tərəfindən layihələri maliyyələşdirilən fiziki və ya hüquqi şəxslər haqqında məlumat forması" təsdiq edilib.
"The Daily Baku" xəbər verir ki, Energetika Nazirliyinin Kollegiyasının sədri Pərviz Şahbazov qərar imzalayıb.
Qərara əsasən, fondun vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmayan layihələr müəyyənləşib.
Fond aşağıdakı sahələrlə bağlı layihələri maliyyələşdirmir:
- silah və sursat istehsalı və ya ticarəti;
- alkoqollu içkilərin istehsalı və ya ticarəti;
- tütün məmulatlarının istehsalı və ya ticarəti;
- torpaq və mövcud binaların satın alınması, kirayəsi və ya icarəsi;
- istifadədə olmuş avadanlıqların təkrar istifadəsi
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
