SON XƏBƏRLƏR
Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|
Cümə axşamı, 4 İyun 2026
The Daily Baku
The Daily Baku
Cümə axşamı, 4 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Təhsil
  3. Təhsil eksperti : Əzbər test dövrü başa çatır: dili real mənada bilən şagirdlər üstünlük qazanacaq
Təhsil

Təhsil eksperti : Əzbər test dövrü başa çatır: dili real mənada bilən şagirdlər üstünlük qazanacaq

28 yanvar 2026
12:56
Təhsil eksperti : Əzbər test dövrü başa çatır: dili real mənada bilən şagirdlər üstünlük qazanacaq

2026-cı il üzrə dövlət buraxılış imtahanlarının yaxınlaşması abituriyentlər arasında həyəcanı daha da artırıb. Minlərlə şagird hər ay keçirilən sınaq imtahanlarında öz bilik və bacarıqlarını yoxlayır, gələcək ixtisas seçimi ilə bağlı qərarlarını dəqiqləşdirməyə çalışır. Eyni zamanda cəmiyyətdə əsas suallardan biri də budur: builki imtahanlarda hər hansı dəyişiklik olacaqmı?

Mövzu ilə bağlı "The Daily Baku" -ya açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, əsaslı dəyişikliklər 2026-cı ili deyil, daha çox 2027-ci ildən etibarən buraxılış imtahanlarını əhatə edəcək.

Onun sözlərinə görə, 2027-ci ildən başlayaraq 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında xarici dil fənni üzrə qiymətləndirmə modeli əhəmiyyətli dərəcədə yenilənəcək: “Yeni modeldə şagirdlərin dinləmə bacarığı bir dinləmə mətni və həmin mətn üzrə dörd qapalı tipli test tapşırığı ilə yoxlanılacaq. Oxu bacarığı üzrə isə iki oxu mətni təqdim olunacaq və hər mətnə uyğun dörd qapalı tipli test tapşırığı veriləcək. Leksik və qrammatik biliklərin ölçülməsi 13 qapalı tipli test tapşırığı vasitəsilə aparılacaq”.

Ekspert bildirib ki, ən mühüm yeniliklərdən biri də yazı bacarığının qiymətləndirilməsidir. Yeni tələblərə əsasən, şagirdlər verilən mövzu və ya sual əsasında ən azı 100 söz həcmində esse yazmalı olacaqlar: “Yazı tapşırıqlarının əlavə olunması olduqca vacibdir. Burada əsas məqsəd şagirdin fikrini məntiqi ardıcıllıqla, strukturlaşdırılmış formada – giriş, inkişaf və nəticə hissələri üzrə ifadə etmə bacarığını ölçməkdir. Bu, təkcə imtahan üçün yox, universitet təhsili və real həyat üçün də olduqca önəmli bacarıqdır”.

Rizvan Fikrətoğlu vurğulayıb ki, bu dəyişikliklər ani deyil və şagirdlər üçün gözlənilməz xarakter daşımır. Onun sözlərinə görə, dərsliklər və tədris materialları əvvəlcədən uyğunlaşdırılıb, pilot imtahanlar keçirilib, tapşırıq nümunələri dərsliklərdə və dinləmə materiallarında yer alıb:
“Yəni şagirdlər tamamilə hazırlıqsız yaxalanmır. Bu, planlı və mərhələli keçiddir”.

Bununla yanaşı, ekspert mümkün risklərə də diqqət çəkib. O bildirib ki, məktəblər arasında imkan fərqləri, xüsusilə regionlarda dinləmə bacarığının dərslərdə yetərincə işlənməməsi və audio-texniki imkanların məhdudluğu problemlər yarada bilər: “Eyni model hər yerdə eyni nəticəni verməyə bilər. Yazı bacarığı isə hazırda ən zəif həlqədir. Reallıq budur ki, bir çox şagird 100 sözlük mətn yazmaqda və fikrini düzgün strukturlaşdırmaqda çətinlik çəkəcək. Çünki bu bacarıq indiyədək sistemli şəkildə qiymətləndirilməyib”.

Əkspert həmçinin yazı işlərinin qiymətləndirilməsində subyektivlik riskinin olduğunu qeyd edib və bu baxımdan standart qiymətləndirmə rubrikalarının ciddi şəkildə tətbiq edilməsinin vacibliyini vurğulayıb.

Rizvan Fikrətoğlunun fikrincə, yeni model şagirdlər üçün əsaslı dəyişikliklər vəd edir: “Əzbər testlərlə yüksək bal toplamaq çətinləşəcək. Daimi məşq edən, dili həqiqətən anlayan və tətbiq edə bilən şagirdlər üstünlük qazanacaq. Repetitorluq və hazırlıq formatı da dəyişməli olacaq  və daha çox yazı, dinləmə bacarıqlarına yönələcək”.

Ekspert sonda bildirib ki, uzunmüddətli perspektivdə bu dəyişikliklər müsbət nəticələr verəcək. Lakin keçid dövründə xüsusilə ilk 1–2 il ərzində nəticələrdə dalğalanmalar qaçılmazdır və burada müəllim hazırlığı ilə məktəblərin imkanları həlledici rol oynayacaq.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/tehsil-eksperti-ezber-test-dovru-basa-catir-dili-real-menada-bilen-sagirdler-ustunluk-qazanacaq
Paylaş:

Xəbər lenti

  • Roma Papası İlham Əliyevi təbrik edib
    Roma Papası İlham Əliyevi təbrik edib
  • SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
    SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
  • Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
    Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
  • Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
    Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
  • Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib
    Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib