İsveçrə İrandakı səfirliyinin fəaliyyətini tədricən bərpa edir və bu həftə Tehrana diplomatlardan ibarət kiçik bir qrup göndərib.
''The Daily Baku'' "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İsveçrə hökumətinin bəyanatında deyilir.
İsveçrə hökuməti hələlik söhbətin missiyanın fəaliyyətinin tam bərpasından deyil, diplomatik mövcudluğun mərhələli şəkildə bərpasından getdiyini bildirib.
Səfirlik ABŞ və İran arasında münaqişənin kəskinləşməsi ilə əlaqədar təhlükəsizlik mülahizələri fonunda martın 11-də müvəqqəti olaraq bağlanmışdı.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/tehranda-isvecre-sefirliyinin-fealiyyeti-berpa-olunur
