Tehran təhlükəsizlik səbəbilə yoxlamalara məhdudiyyət tətbiq etdiyini bildirib

İran ABŞ və İsrailin hərbi zərbələri nəticəsində zədələnmiş obyektlərinə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərini buraxmağı planlaşdırmır.
"The Daily Baku" İran mediasına istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
O vurğulayıb ki, bu cür yoxlamaların aparılması üçün prinsipcə müəyyən edilmiş reqlament və ya prosedur mövcud deyil.
Yaxın Şərqdəki vəziyyəti şərh edən İ.Bəqai bildirib ki, bu kontekstdə ABŞ-nin öhdəlikləri aydındır və İsrailin Livanda hərbi əməliyyatları davam etdirməsi üçün istənilən bəhanə qəbuledilməzdir.
Onun sözlərinə görə, Vaşinqton hərbi toqquşmaların eskalasiyasının qarşısını almalı və bütün istiqamətlərdə atəşkəs rejiminə əməl olunmasını təmin etməlidir.
Bəqai sərbəst buraxılmış İran aktivlərinin istifadəsi ilə bağlı bəyanatlarına cavab olaraq vurğulayıb ki, Tehran onlara yalnız milli maraqlardan çıxış edərək sərəncam verəcək: "Bizim üçün maraqlıdır ki, iddia edildiyi kimi İran sivilizasiyasını məhv etməkdən və ölkəni parçalamaqdan ibarət olan müharibənin məqsədi indi onların məntiqinə görə ABŞ fermerlərinin zənginləşməsinə çevrilib. Bizim aktivlərimizə gəldikdə isə, biz qərarları ölkənin maraqlarına cavab verəcək şəkildə qəbul edəcəyik".
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.