İran İslam Respublikasının müharibəni dayandırmaq üçün ABŞ tərəfindən təklif edilən son mətnə cavabı bu gün pakistanlı vasitəçiyə göndərilib.
"The Daily Baku" xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.
"Xarici İşlər Nazirliyinin mətbuat katibi daha əvvəl bir neçə dəfə bildirib ki, İranın ABŞ-nin təkliflərinə dair cavabı araşdırmalar başa çatdıqdan və yekun nəticə çıxarıldıqdan sonra göndəriləcək", - məlumatda bildirilib.
Qeyd olunub ki, təklif olunan plana əsasən, bu mərhələdə danışıqlar regionda müharibənin dayandırılması məsələsi üzərində cəmləşəcək.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
