Tehran həm diplomatiya, həm də hərbi variantı nəzərdən keçirir

"İran həm dinc, həm də hərbi ssenarilərə tam hazırdır".
''The Daily Baku'' xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı Cenevrədə ABŞ ilə danışıqlardan əvvəl bildirib:
"Biz müharibə və sülh üçün hazırıq. Silahlı qüvvələrimiz tapşırıqları yerinə yetirməyə qadirdir. Məqsədimiz isə münaqişənin qarşısını almaqdır".
O həmçinin əlavə edib ki, İranın dinc nüvə proqramı ilə bağlı hərbi həll variantı yoxdur: "Narahatlıqları həll etməyə hazırıq, lakin dinc nüvə texnologiyasından istifadə hüququmuzda güzəşt etməyəcəyik".
Xatırladaq ki, yanvar ayında Ağ Ev İrana qarşı güc tətbiqini nəzərdən keçirsə də, sonradan Tehranın nüvə silahı planından imtina üzrə ədalətli və bərabər razılaşmaya gəlinəcəyinə ümid etdiyini bildirib. Tehran isə dəfələrlə nüvə silahı hazırlamaq niyyətində olmadığını bəyan edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.