İran Yaxın Şərqdə atəşkəs və müharibənin başa çatdırılması üzrə ölkənin milli maraqlarına uyğun olan öz planını təqdim edib.
"The Daily Baku" İran KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib.
"Biz artıq aydın bir plan təqdim etmişik. Orada biz öz maraqlarımıza əsaslanan tələblərimizi formalaşdırmışıq. Qanuni tələblərimizi açıq şəkildə bildirməkdən çəkinmirik. Tərəflər ən əvvəldən vasitəçilər yolu ilə öz mövqelərini irəli sürüblər və mesajların ötürülməsi hələ də təbii haldır", - o bildirib.
İ.Bəqai qeyd edib ki, danışıqlar ultimatum və təhdidlərlə bir araya sığmır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/tehran-abs-nin-munaqise-planina-cavab-mexanizmleri-hazirlayib
