Tbilisidə Gürcüstan-Qazaxıstan görüşündə regional bağlantı və strateji tərəfdaşlıq gündəmə gəlib

Gürcüstan Prezidenti Mixail Kavelaşvili və Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Tbilisidə keçirilən görüş zamanı Orta Dəhlizin inkişafını müzakirə ediblər.
"The Daily Baku" xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Görüş zamanı tərəflər Gürcüstan və Qazaxıstan arasında dostluq və tərəfdaşlıq münasibətlərini, müxtəlif sahələrdəki uğurlu əməkdaşlığı, eləcə də ikitərəfli əlaqələrin strateji səviyyəyə yüksəldilməsi məsələlərini müzakirə ediblər.
"Hazırkı qlobal siyasi proseslərə və aktiv münaqişələrə xüsusi diqqət yetirilib. Biz qeyd etdik ki, bu şəraitdə Cənubi Qafqazda və Mərkəzi Asiyada sabitliyin və sülhün qorunması qlobal əhəmiyyət kəsb edir. Eyni zamanda, mürəkkəb və sürətlə dəyişən geosiyasi vəziyyətdə Orta Dəhlizin artan rolu və regional bağlantının inkişafının vacibliyi vurğulanıb", - o yazıb
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.